...

“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2024 12:21 (UTC +04:00)
“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində təlim keçirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

İslam ölkələrinin "Gənclər Paytaxtı" olan Şuşa şəhərində "Şuşa Yaradıcılıq Emalatxanası" çərçivəsində təlim keçirilib.

Trend xəbər verir ki, təlimçi İbrahim Eyyublu fərqli ölkələrdən 14 iştirakçıya çarığın hazırlanmasına dair təlim keçib.

Təlimin keçirilməsində məqsəd Azərbaycanın milli geyim əlavəsi çarığın tikilmə qaydasını iştirakçılara öyrətməkdir.

Təlimdə Qarabağ Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələri eləcə də Özbəkistan, İran, Türkiyə, Əfqanıstan və Mərakeşdən olan könüllülər iştirak edib. Dekorativ əl işləri hazır olduqdan sonra iştirakçılara hədiyyə olaraq verilib.

Qeyd edək ki, "Gənclər paytaxtı"nın bağlanış mərasimləri bu gün başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti