Bakı. Trend:
Almaniyanın “Rhenus Freight East Gmbh” daşınma şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49/C ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Zuban Yekaterina İqoryevnadır.