...

Türkiyədə əməliyyatlar: 709 mağara, sığınacaq və anbar məhv edilib

Dünya xəbərləri Materials 4 Dekabr 2024 10:36 (UTC +04:00)
Türkiyədə əməliyyatlar: 709 mağara, sığınacaq və anbar məhv edilib
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə bu il PKK/KCK terror təşkilatının qış mövsümündə kənd yerlərindəki fəaliyyətlərinə qarşı həyata keçirdiyi "GÜRZ" əməliyyatları nəticəsində 709 mağara, sığınacaq və anbarın məhv edib, əməliyyatlar zamanı çoxlu sayda partlayıcı maddə və sursatın ələ keçirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya məlumat yayıb.

"2024-cü ildə Bölücü Terror Təşkilatı PKK/KCK-nın kənd yerlərindəki qış fəaliyyətləri və hücum məqsədilə hazırlanan partlayıcı maddələrin məhv edilməsi üçün həyata keçirdiyimiz "GÜRZ" əməliyyatları zamanı 709 mağara, sığınacaq və anbar məhv edilib. Bombalı hücumlar üçün hazırlanan 2 ton 100 kiloqram kimyəvi partlayıcı, 617 kiloqram plastik partlayıcı, 97 kiloqram TNT, 194 ədəd mina və canlı bomba jileti ələ keçirilib. Hücumlar üçün hazırlanmış 99 min 936 müxtəlif çaplı və ölçüdə güllə və sursat, 13 min 657 ağır silah sursatı (bombaatar, minaatan və zenit sursatı), 2 min 252 əl qumbarası, 63 ədəd raket, minaatan, bombaatar, zenit, LAW silahı və idarə olunan raket ələ keçirilib", - açıqlamada bildirilib.

“Terrorçuları bir-bir məhv edirik və davam edəcəyik. Bizim tək bir hədəfimiz var: sonuncu terrorçu zərərsizləşdirilənə qədər fasiləsiz və qətiyyətlə mübarizə aparmaq”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti