...

Tbilisidə keçirilən aksiyalarda 143 polis əməkdaşı xəsarət alıb

Dünya xəbərləri Materials 4 Dekabr 2024 04:07 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) aksiyalar zamanı qanunazidd əməllərə görə, dərhal və ciddi tədbirlər görür.

Trend xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze dekabrın 3-də axşam saatlarında keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, aksiyalarda qanun pozuntusuna yol vermiş 293 nəfər inzibati qaydada saxlanılıb. Polisə hücum etdiklərinə və əmlaka ciddi ziyan vurduqlarına görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Daha 43 nəfər cərimələnib, 41 nəfər inzibati qaydada həbs olunub.

Nazir müavini deyib ki, aksiyalar zamanı 143 polis əməkdaşı xəsarət alıb. Onlardan 3 nəfəri xəstəxanalarda müalicəsi davam edir.

Xəbər lenti

Xəbər lenti