Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 574.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Trend-ə ARDNF-dən bildirilib.
Məlumata görə, bu, son ötən ayla müqayisədə 230,6% artım deməkdir.
Qeyd edək ki, oktyabrdakı hərraclarda ARDNF tərəfindən 174.4 mln. dollar valyuta satılmışdı.
Bu ilin yanvar-noyabr aylarında isə Dövlət Neft Fondu (ARDNF) 6 milyard 494 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.