Bakı. Trend:
Köhnə Xanqızı və P-O kanallarının I mərhələdə yenidən qurulması işləri həyata keçiriləcək.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 29.510.302,58 AZN-ə (29 milyon 510 min 302 manat 58 qəpik) başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Köhnə Xanqızı kanalı (Orconokidze kanalı) əkin sahələrini suvarmaq məqsədilə 1933-cü ildə istifadəyə verilib. Uzunluğu 64 km olan kanal Beyləqan və Ağcabədi rayonları ərazisindən axır.