...

Azərbaycan və İordaniya arasında aqrar sahədə birgə İşçi Qrupun yaradılması müzakirə edilib

İqtisadiyyat Materials 4 Dekabr 2024 13:09 (UTC +04:00)
Azərbaycan və İordaniya arasında aqrar sahədə birgə İşçi Qrupun yaradılması müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə İordaniya arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılması müzakirə edilib.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşüb.

Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir bildirib ki, ölkəmiz İordaniya aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Tərəflər Azərbaycan ilə İordaniya arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, İordaniyadan olan sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ("Caspian Agro") iştirakı və digər məsələləri müzakirə ediblər. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti