Şuşa. Trend:
Ölkəmiz yaxın zamanda oyun texnologiyaları sahəsində böyük uğurlar qazanaraq liderə çevrilə bilər. Çünki İslam ölkələri bunun üçün böyük bir bazardır.
Trend xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov "Gənclər Paytaxtı"nın bağlanış mərasimi çərçivəsində keçirilən "Gaming texnologiyaları üzrə sammit"də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ildən-ildən virtual oyunlara maraq artır. Oyun texnologiyaları mədəni irsimizin, dilimizin yeni dövrə keçidi üçün böyük imkanlar yaradır.
"Artıq ölkəmizdə də bu proseslərə xüsusi diqqət ayrılır. Bir il ərzində Mədəniyyət Nazirliyinin tərkibində olan biznes inkubasiya proqramında 15 yeni oyun studiyası formalaşıb".
Onun sözlərinə görə, yaxın zamanda Azərbaycan bu sahədə liderə çevirilə bilər.