...

Məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti AÇIQLANDI (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 4 Dekabr 2024 19:39 (UTC +04:00)
Məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti AÇIQLANDI (ƏLAVƏ EDİLİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün 15 yaşlı vətəndaş (kişi cinsli) hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

"İxtisaslı həkim baxışından sonra müvafiq müayinələri aparılıb. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda deyilir.

xxx

16:23

Bakıda məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti məlum olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 04.12.2024-cü il tarixində saat 12:20 radələrində Səbail rayonu, 329 nömrəli tam orta məktəbdən çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxsə (kişi cinsli) ilkin tibbi xidmət göstərilib və hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) təxliyə olunub",- deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti