...

Azərbaycanda qızıl istehsalı artıb, gümüş isə azalıb

İqtisadiyyat Materials 3 Dekabr 2024 19:27 (UTC +04:00)
Azərbaycanda qızıl istehsalı artıb, gümüş isə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2 167,1 kq qızıl, 2703,2 kq gümüş istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, qızıl istehsalı 2023-cü ilin yanvar-oktyabr aylarının göstəricisindən 1,7% çox, gümüş istehsalı isə 20,3% az olub.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında ölkədə 2 131,2 ton qızıl, 3 390,2 ton gümüş istehsal olunub.

Ötən aylar ərzində Azərbaycanda mis konsentratının istehsalı isə 112 ton olub ki, bu da 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 94,7% azdır. Ötən ilin 10 ayında ölkədə 2 115,8 ton mis konsentratı istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti