...

Cənubi Koreyada paytaxt küçələrinə ağır texnika yeridildi

Dünya xəbərləri Materials 3 Dekabr 2024 19:38 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya prezidenti Yun Sok Yolun hərbi vəziyyət elan etməsindən sonra Koreya Respublikası Milli Assambleyasının binasına giriş-çıxış bağlanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət prezidentin qərarını konstitusiyaya zidd adlandırıb. "Toburo" Demokratik Partiyası deputatları toplamaq qərarına gəlib.

Koreya Respublikasının Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilib. Hərbi vəziyyət müddətində Pak An Su Milli Assambleyanın, siyasi partiyaların və birliklərin fəaliyyətinə, eləcə də mitinqlərin keçirilməsinə qadağa qoyub. Həmçinin, regional parlamentlərin fəaliyyəti də qadağan edilib.

Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika görüntülənib.

Qeyd edək ki, Cənubi Koreyada hərbi vəziyyət elan olunub. Bundan sonra Cənubi Koreyanın Müdafiə Nazirliyi əsas komandirlərin iclasını elan edib. Bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti