Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə M.Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"İƏİT ilə birgə həyata keçirilən layihələri, Azərbaycan İnvestisiya Holdinqi və onun portfel şirkətlərinin dayanıqlı fəaliyyəti, korporativ idarəetmə prinsiplərinə uyğun idarə edilməsi istiqamətində prioritet məsələləri nəzərdən keçirdik", - deyə, nazir bildirib.