...

Türkiyədən Qazaxıstana avtomobil ixracında azalma qeydə alınıb

Dünya xəbərləri Materials 4 Dekabr 2024 16:50 (UTC +04:00)
Türkiyədən Qazaxıstana avtomobil ixracında azalma qeydə alınıb

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 faiz arzalaraq, 104 milyon 78 min 66 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Qazaxıstanaa 8 milyon 810 min 39 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 21,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 33 milyard 731 milyon 566 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti