...

Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb

İqtisadiyyat Materials 3 Dekabr 2024 17:30 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1 milyard 39 milyon 702 min ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 424 milyon 664 min ABŞ dolları (69,05%) çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,64%-i həcmində olub.

10 ayda Azərbaycan ABŞ-yə 118 milyon 476 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 108 milyon 814 min ABŞ dolları və ya 12,2 dəfə çoxdur. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 0,52%-i Amerika Birləşmiş Ştatlarının payına düşüb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ABŞ-dən məhsul idxalını illik müqayisədə 52,2% artıraraq, 921 milyon 225 min ABŞ dollarına çatdırıb. Dövr ərzində ABŞ ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 5,54%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti