...

Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 3 Dekabr 2024 23:35 (UTC +04:00)
Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Suriyadakı vəziyyəti müzakirə edib.

Trend Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, o, Ankaranın PKK terrorçuları və bu strukturun Suriya qanadı ilə mübarizədə qətiyyətini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyadakı münaqişənin ilk günündən qonşu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini, eyni zamanda bu dövlətdəki fikir ayrılıqlarının ədalətli və uzunmüddətli həllinə töhfə verməyə çalışdığını xatırladıb.

Onun sözlərinə görə, indiki vəziyyətdə böhrandan çıxmaq üçün daha çox diplomatik səylərin göstərilməsi vacibdir.

Türkiyə lideri Suriyada bundan sonra sabitliyin pozulmasının yolverilməzliyinə işarə edərək, bu ölkədəki son hadisələr fonunda dinc əhalinin təhlükəsizliyinin qorunmasını prioritet mövzu adlandırıb.

Rəcəb Tayyib Ərdoğan əmin edib ki, Ankara Suriyada vəziyyətin yaxşılaşdırılması üçün bütün mümkün addımları atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti