Bakı. Trend:
Bizə bu günü yaşadan şəhidlərimizin ruhu, qazilərimizin qarşısında baş əyirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Quliyeva Züleyxa deyib.
Onun sözlərinə görə, biz bu günləri illərlə həyəcanla gözləmişik. İndi isə sevinclə doğma yurdumuza qayıdırıq.
"Mən özüm şəhid bacısıyam. Bu gün şəhidimiz Nərimanın ad günüdür. Mən bu gündə onun xatirəsi ilə doğma yurdumuza dönürəm. Allah Prezidentimizi var eləsin. Onun rəhbərliyi altında yurdumuz düşməndən azad edildi. Allah bu günü öz yurdundan didərgin düşənlərimizə qismət eləsin", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.