...

Antalya sahillərində 4,6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 4 Dekabr 2024 13:39 (UTC +04:00)
Antalya sahillərində 4,6 bal gücündə zəlzələ baş verib
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 4-də saat 12:09-da Aralıq dənizində, Antalyanın Gazipaşa ilçəsi sahillərində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələnin mərkəzi 32,69 kilometr dərinlikdə yerləşib.

Məlumata əsasən, hazırda dağıntı və ya tələfat barədə məlumat yoxdur. Rəsmi qurumlar vəziyyəti izləyir və yeniliklər olduqca ictimaiyyəti məlumatlandıracaq.

Qeyd edək ki, Türkiyə seysmik aktivliyi yüksək olan bir bölgədə yerləşir və bu səbəbdən zəlzələlər tez-tez baş verir. Mütəxəssislər belə hallarda sakinləri ehtiyatlı olmağa və rəsmi qurumların təlimatlarına əməl etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti