Bakı. Trend:
Cənubi Koreya prezidenti Yun Sok-Yöl ölkədəki hərbi vəziyyəti ləğv edəcək.
Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, yaxın saatlarda hökumətin iclası keçiriləcək.
Qeyd edək ki, bu gün Cənubi Koreyada hərbi vəziyyət elan olunub. Bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.