...

İƏT-ə üzv ölkələr ticarət, enerji və müxtəlif sahələrdə əməkdaşlıq edir – İran xarici işlər naziri

İqtisadiyyat Materials 3 Dekabr 2024 17:42 (UTC +04:00)
İƏT-ə üzv ölkələr ticarət, enerji və müxtəlif sahələrdə əməkdaşlıq edir – İran xarici işlər naziri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr bir çox sahələrdə, o cümlədən, ticarət, nəqliyyat, turizm, enerji, ərzaq və kənd təsərrüfatı, səhiyyə, bankçılıq, gömrük, investisiya, təbii fəlakətlərin mənfi təsirlərinin azaldılması, ədliyyə, qanunun icrası və sairə sahələrdə əməkdaşlıq edirlər.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Arağçı bu gün İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında çıxışında deyib.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin çoxlu sayda fərdi və regional potensialı var. Üzv ölkələr bu potensialın tam şəkildə reallaşması məqsədilə səy göstərə bilərlər.

"İƏT-ə üzv ölkələrin əməkdaşlıq gözləntisində ən uzun infrastruktur İƏT-in ticarət razılaşmasıdır (ECITA). Bu razılaşmanın icrası təxminən 20 ildir təxirə salınıb. Üzv ölkələrin iş adamlarının İƏT sərbəst ticarətindən faydalanmağa layiqdirlər. Bu “İƏT-in perspektivi 2025”də nəzərdə tutulub. İran İƏT-ə 2024-cü ildə rəhbərliyi dövründə İƏT regionunda ticarətin inkişafı çərçivəsində əməkdaşlığın artırılması məqsədilə “Region arasında ticaərtin inkişafı yolu ilə dözümlü bölgənin yaradılması” devizi seçib", - Arağçı bildirib.

İran xarici işlər naziri deyib ki, İƏT-in ticarət sistemi maliyyə, bank, gömrük və sığorta sistemlərinin dəstəyinə ehtiyac duyur:

"Onların koordinasiya olunması və rəqəmsallaşdırılması İƏT-in əsas iş gündəminə çevriləcək. İƏT-in Ticarət və İnkişaf Bankına səlahiyyətlər verilməlidir ki, regionda investisiyanın təminatçısı və ticarət təşviqatçısına çevrilmək üçün lazımi işləri həyata keçirə bilsin".

Arağçı qeyd edib ki, Tehranda “Perspektivin araşdırılması komitəsi” prioritet təşkil edən layihələri müəyyənləşdirib. Nazir əlavə edib ki, bu layihələr diqqət mərkəzində saxlanılmalı və onun üçün vəsaitlər nəzərdə tutulmalıdır.

Qeyd edək ki, Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvüdür.

Xəbər lenti

Xəbər lenti