Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 84 milyon 241 min ABŞ dolları dəyərində 402 min 11 ton üzvi kimyəvi birləşmələr ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 9 milyon 777 min ABŞ dolları (13,13%), həcm baxımından isə 7 min 170 ton (1,8%) çoxdur.
10 ayda üzvi kimyəvi birləşmələr ixracı ölkənin ümumi ixracının 0,37%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycan 74 milyon 464 min ABŞ dolları dəyərində 396 min 5 ton üzvi kimyəvi birləşmələr ixrac edib.