...

Ətraf mühitin mühafizəsi istiqamətində müasir yanaşmalar tətbiq olunur - Nazir müavini

Cəmiyyət Materials 5 Dekabr 2024 11:32 (UTC +04:00)
Ətraf mühitin mühafizəsi istiqamətində müasir yanaşmalar tətbiq olunur - Nazir müavini
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ətraf mühitin mühafizə olunması istiqamətində müasir yanaşmalar tətbiq olunur.

Trend xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirin müavini Rauf Hacıyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.

O bildirib ki, hazırda ölkədə yeni iqlim strategiyanın hazırlanması yönündə işlər görülür.

"Uşaqları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün investisiya vacibdir. Gələcəkdə gənclərimiz ekoloji hüquqları prioritet kimi qəbul edəcək. Gənclərin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakı günümüzün ən vacib məsələlərindən biridir",- deyə o əlavə edib.

Qeyd edək ki, dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti