Bakı. Trend:
Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Bakının Yasamal rayonunun bir hissəsinə, eləcə də, Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Trend-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır.
Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.
Bu müddətdə sakinlərə maşınlarla su veriləcək.