...

Qubada 9 sm qar yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 8 Dekabr 2024 11:12 (UTC +04:00)
Qubada 9 sm qar yağıb - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 08-i saat 11:00-a olan məlumatına əsasən ölkənin bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

Qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda (Laza) 2 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti