Bakı.Trend:
Azərbaycanda ümumi götürsək, məktəblərdə müəllim çatışmazlığı yoxdur.
Trend xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, artıq müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib.