...

Bu il təhsil sisteminə əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılıb – Deputat

Cəmiyyət Materials 15 Fevral 2025 11:00 (UTC +04:00)
Bu il təhsil sisteminə əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılıb – Deputat
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəlki illərlə müqayisədə bu il təhsil sisteminə daha çox vəsait ayrılıb.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin deputatı Ceyhun Məmmədov “Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu”nda çıxış edərkən deyib.

Millət vəkili bildirib ki, bu gün təhsildə islahatlar gedir:

“Bunların bəziləri ilə cəmiyyət razılaşır, bəziləri ilə isə yox. Eyni zamanda bu gün ən böyük uğur Qarabağ Univeristetinin yaradılmasıdır. Düşünürəm ki, bu gün bizim qarşımızda duran müəyyən məqsədlər var. Yüksək təhsilə nail olmadan uğur əldə etmək qeyri mümkündür. Artıq gənc müəllimlərin sayı daha da artır. Müəllimlik eyni zamanda, təcrübə tələb edən bir sahədir. Buna görə də yaşlı müəllimlər öz təcrübələrini gənc müəllimlərə ötürməlidirlər”.

C.Məmmədov əlavə edib ki, müəllimlərimiz öz üzərində işləməlidirlər.

“Hamımız çox arzulayırıq ki, müəllimlərin maaşı artırılsın. Bura da söhbət 200 min müəllimdən gedir. Dövlət siyasətinin təbliğində də müəllimlərimizin üzərinə böyük yük düşür. Çalışmalıyıq ki, daima müəllimin nüfuzunu qoruyaq. Bəzən müəyyən problemlərlə üzləşirik. Artıq müəyyən məsələlərdə güzəşt yoxdur. Belə də olmalıdır. Biz təhsillə bağlı məsələlərə sərt yanaşmalıyıq ki, problemlər aradan qalxsın”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti