Bakı. Trend:
Süni intellekti istifadə edən zaman diqqətli olmaq lazımdır.
Trend xəbər verir ki, bunu bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal məhsulların inkişafı departamentinin baş məhsul meneceri Tural Həsənov "Gənc müəllimlərin IV şəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.
O, süni intellektdən istifadə zamanı diqqət etməli olduğumuz məqamları nəzərə çatdırıb.
"Biz ona məlumat ötürərkən diqqət etməliyik ki, məxfi məlumatlarımızı ona bildirməyək. Buna daxildir fin kodlarımız, serya nömrələrimiz və s. Eyni zamanda süni intellektin verdiyi hər məlumatı düz qəbul etmək olmaz. Mütləq onun təqdim etdiyi məlumatları yoxlamaq lazımdır.
Əlavə olaraq yönləndirmədə də elə əmrlər verməliyik ki, o bizi yanlış istiqamətlərə yönləndirməsin. Çünki süni intellekt bizim rəqəmsal bələdçimizdir", - deyə o əlavə edib.