...

Qazaxıstan öz müəllim heyətini Qarabağ universitetinə göndərməyə hazırdır

Cəmiyyət Materials 4 Mart 2025 12:57 (UTC +04:00)
Qazaxıstan öz müəllim heyətini Qarabağ universitetinə göndərməyə hazırdır
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan öz müəllim heyətini Qarabağ universitetinə göndərməyə hazırdır.

Trend xəbər verir ki, bunu Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek ADA universitetində keçirilən Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzrə dəyirmi masanın gedişində bildirib.

“Biz eyni zamanda, Qazaxıstandan olan tələbələrimizə Qarabağ universitetində təhsil almağı təklif etmək istəyirik”, - deyə nazir bildirib.

O bildirib ki, Qazaxıstan Azərbaycanla təhsil sahəsində əməkdaşlığa hazırlığını nümayiş etdirməyə hazırdır.

“Biz tərəfdaşlıq yolu ilə təhsilin inkişafının mümkün olduğuna inanırıq”, - deyə S.Nurbek bildirib.

Xəbər lenti

Xəbər lenti