...

Azad edilmiş ərazilərdə daha 204 mina aşkarlanıb

Cəmiyyət Materials 17 Mart 2025 14:29 (UTC +04:00)
Azad edilmiş ərazilərdə daha 204 mina aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə məlumat (13.03.2025- 16.03.2025) açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 155 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 606 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 16 510 969 metr kvadrat yaxud 1651,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti