...

Bu qurumlarla bağlı materiallar Baş Prokurorluq və DTX-yə göndərilib – Hesablama Palatası

Cəmiyyət Materials 15 Aprel 2025 11:39 (UTC +04:00)
Bu qurumlarla bağlı materiallar Baş Prokurorluq və DTX-yə göndərilib – Hesablama Palatası
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatası tərəfindən hansı qurumlarla bağlı materialların Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərildiyi məlum olub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə olunan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında öz əksini tapıb.

Sənədə əsasən, hesabat ilində 4 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib.

Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar və Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi ilə bağlı dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa göndərilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həminmateriallar DTX-yə göndərilib.

Yuxarıda qeyd olunanlardan əlavə, 2023-cü ilin iş planına əsasən keçirilmiş 1 audit nəticəsində aşkar edilmiş bir sıra hüquqpozmalara və kənar dövlət maliyyə nəzarəti obyektinin bununla bağlı təqdim etdiyi məlumatlara qanunvericiliyə uyğun olaraq hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğa təqdim edilib.

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatası tərəfindən hesabat ilində 3 auditlə bağlı göndərilmiş materiallardan 1audit üzrə vurulmuş ziyan tam ödənilib, cinayət işinə xitam verilib. 2 audit üzrə cinayət işi başlanıb və istintaqın aparıldığı qeyd edilib, bu tədbirlərdən1-də vəsait ödənilib, 1-də isə əmlak üzərinə həbs qoyulub.

Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən,1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti