...

Roma Papasının vəfatı ilə bağlı Bakıda Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb

Cəmiyyət Materials 22 Aprel 2025 11:41 (UTC +04:00)
Roma Papasının vəfatı ilə bağlı Bakıda Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev məlumat yayıb.

O qeyd edib ki, Başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər (26-ı daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti