Bakı. Trend:
Bakıda küləyə qarşı qaçmaq – bir növ ekstrimdir.
Bu barədə Trend-ə bu gün “Bakı Marafonu 2025”in gümüş mükafatçısı ukraynalı idmançı Vitali Şafar bildirib.
“Mən 25 ildir marafonlarda iştirak edirəm və ilk dəfə Kiyevdən Bakıya gəlmişəm – çox gözəl şəhərdir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutub.
“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatə edib.