...

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb

Cəmiyyət Materials 26 May 2025 18:44 (UTC +04:00)
“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş “Saturn” neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.

ASCO-dan Trend-ə verilən məlumata görə, Qurğu Şıx limanından “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri ilə yedəklənib.

Bildirilir ki, üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb.

Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən “Neptun” qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti