...

Dünya şöhrətli fotojurnalist Reza Deqatiyə medal təqdim olunub

Cəmiyyət Materials 7 Avqust 2025 11:57 (UTC +04:00)
Dünya şöhrətli fotojurnalist Reza Deqatiyə medal təqdim olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya şöhrətli fotojurnalist Reza Deqatiyə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mükafat Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin mərasimində təqdim olunub.

Mükafatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov təqdim ediblər.

Komitə sədri məşhur fotojurnalist Reza Deqatinin uzun illərdir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı misilsiz fəaliyyətini yüksək qiymətləndirib.

Tanınmış fotoqraf bu mükafatı almaqdan qürur duyduğunu və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan əsilli fransız fotoqraf Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı kimi faciələrin sənədli fotolarla beynəlxalq arenaya təqdim olunmasında əvəzsiz rol oynayıb.

Xəbər lenti

Xəbər lenti