...

Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu

Cəmiyyət Materials 14 Avqust 2025 11:31 (UTC +04:00)
Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Salyanda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Seyyidmehdi Babayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayət Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Seyyidmehdi Babayev 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti