...

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı elektron platforma istifadəyə veriləcək

Cəmiyyət Materials 10 Dekabr 2025 11:18 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Artıq bir ildir üzərində çalışdığımız “MyLift” rəqəmsal platformasını 2026-cı ilin yanvar ayından etibarən istifadəyə verəcəyik. Platformanın geniş təqdimatı isə il sonuna planlaşdırılıb.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə Bakıda keçirilən Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.

“MyLift” elektron platforması üzərində çalışırıq və onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırırıq. Bu tətbiq vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatı anında görə biləcək, həmçinin liftlərin hansı texniki səviyyədə olduğuna dair göstəricilərlə tanış ola biləcək”.

O. Xəlilzadə qeyd edib ki, real vaxt rejimində aparılan yoxlamalar da sistemdə əks olunacaq.

“Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşların istifadəsinə təqdim olunacaq”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti