...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət Materials 25 Dekabr 2025 06:00 (UTC +04:00)
Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakı. Trend:

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Balaxanı, Sabunçu, Bilgəh qəsəbələrinin bir hissəsinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti