...

“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi

Cəmiyyət Materials 25 Dekabr 2025 11:06 (UTC +04:00)
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi

Bakı. Trend:

“PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış onkoloji xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib.

Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin 62 211 manat qalıq kredit borcu məbləği “PAŞA Həyat” tərəfindən aidiyyətı üzrə ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti