...

Bu gün məktəblərdə qış tətilindən öncə son dərs günüdür

Cəmiyyət Materials 26 Yanvar 2026 08:00 (UTC +04:00)
Bu gün məktəblərdə qış tətilindən öncə son dərs günüdür
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq Qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq.

Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonra ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.

Xəbər lenti

Xəbər lenti