...

Azərbaycanda hotellərin ulduz təsnifatı və bələdçilərin sertifikatlaşdırılması rəqəmsal platforma üzərindən həyata keçirilir - Rəşad Əliyev

Cəmiyyət Materials 27 Yanvar 2026 12:23 (UTC +04:00)
Azərbaycanda hotellərin ulduz təsnifatı və bələdçilərin sertifikatlaşdırılması rəqəmsal platforma üzərindən həyata keçirilir - Rəşad Əliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin sonundan hotellərin ulduz təsnifatını, bələdçilərin sertifikatlaşdırılmasını rəqəmsal platforma üzərindən həyata keçiririk.

Trend xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Məqsədimiz odur ki, dövlət tərəfindən turizm sahəsinə göstərilən bütün xidmətləri rəqəmsallaşdıraq. Hazırda RİNN ilə danışıqlar aparılır və ölkədəki hotellərin internet provayderlərini siyahılaşdırmışıq”, - deyə o bildirib.

Qurum rəsmisi əlavə edib ki, əvvəlcə bu provayderlərdə monitorinqlə proses başlayacaq.

“Monitorinqdən sonra detallı hesabat təqdim ediləcək”.

Xəbər lenti

Xəbər lenti