Bakı. Trend:
İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla
yekunlaşıb. Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı –
“Porsche Cayenne” avtomobilinin qalibi Urfan Buksayev olub.
“Bakcell olaraq abunəçilərimizin gündəlik həyatını daha da
zənginləşdirən, onlara əlavə dəyər yaradan təşəbbüslərə xüsusi önəm
veririk. Bu lotereya çərçivəsində yüzlərlə qalibə sevinc dolu anlar
yaşatdıq. Böyük məmnuniyyət hissi ilə meqa lotereyamızın əsas
hədiyyəsi – ‘Porsche Cayenne’ avtomobilinin qalibini elan edirik və
bütün qalibləri səmimi-qəlbdən təbrik edirik!", -deyə Bakcell-in
İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə
direktoru Aysel Süleymanova bildirib.
Qeyd edək ki, lotereya çərçivəsində sonuncu “Zeekr 001”
avtomobilinin də qalibi müəyyənləşib. Samir Əskərov bu unudulmaz
anın sevincini yaşayaraq lüks avtomobilinin açarlarını təhvil
alıb.
Xüsusilə vurğulamaq istərdik ki, Bakcell lotereyası Azərbaycanda
süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı
lotereya olub. Abunəçilər “Şans” paketi və Bakcell xidmətlərindən
aktiv istifadə vasitəsilə möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə
ediblər. Lotereya müddətində süni intellektin seçimi ilə ümumilikdə
92 “iPhone 17”, 13 “Zeekr 001” avtomobili və 1 “Porsche Cayenne”
sahiblərinə təqdim edilib.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.