...

Bakıda narkoşəbəkə yaradan şəxslərdən 26 kq narkotik aşkarlandı (VİDEO)

Cəmiyyət Materials 3 Fevral 2026 12:10 (UTC +04:00)
Bakıda narkoşəbəkə yaradan şəxslərdən 26 kq narkotik aşkarlandı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, onlardan tərkibinə zərərli maddələr əlavə edilmiş 26 kq marixuana və metamfetamin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərin əlbir olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti