...

BDYPİ sürücülərə müraciət etdi

Cəmiyyət Materials 9 Fevral 2026 15:14 (UTC +04:00)
BDYPİ sürücülərə müraciət etdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən qeyri-sabit hava ilə əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, qopma, sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilir.

Qeyd edilir ki, qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, sürücülərdən xüsusilə dağlıq ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək xahiş olunur.

"Əlverişsiz havanın piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onları təhlükəsizlik baxımından məsuliyyətli olmağa, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyə çağırırıq", - müraciətdə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti