...

MEHRİBAN ƏLİYEVANIN TƏŞƏBBÜSÜ İLƏ YUNESKO AZƏRBAYCANDA YENİ LAYİHƏ HƏYATA KEÇİRİR

Cəmiyyət Materials 27 İyun 2005 15:08 (UTC +04:00)

YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycanda təhsil sisteminin inkitşafı üzrə yeni layihəni reallaşdırır. Təhsil naziri Misir Mərdanovun Trend ə verdiyi məlumata görə, layihə üzrə məsləhətləşmələr aparmaq məqsədilə iyulun 5-də Təhsil Nazirliyinin nümayəndə heyəti təşkilatın mənzil-qərargahının yerləşdiyi Parisə səfər edəcəklər.

Nazirin sözlərinə görə, səfər zamanı Azərbaycanın təhsil sahəsindəki problemləri,YUNESKO-nun bu problemlərin həllinə yardım etməsi imkanlarıbarədədanışıqlar keçiriləcək.

M.Mərdanov onu da bildirib ki, avqustda YUNESKO-nun baş katibi Koiçiro Matsuura Azərbaycana səfər edəcək. "Səfər zamanı əməkdaşlıq barədə memorandumun imzalanacağı gözlənilir" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti