...

AZƏRBAYCAN VOLEYBOLÇULARI DÜNYA ÇEMPİONATININ FİNALINDA İŞTİRAK ETMƏKDƏ İSRARLIDIRLAR

Cəmiyyət Materials 30 İyun 2005 13:45 (UTC +04:00)

"Azərbaycanın qadınlardan ibarət voleybol komandası 2006-cı ilin sentyabırnda Yaponiyada keçiriləcək Dünya çempionatının finalında iştirak etməkdə iddialıdır". Bu haqda Trend ə Azərbaycan Voleybol Federasiyasından bildirilb.
Məlumatda baş məşqçi Faiq Qarayevin yetirmələrinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində iyulun 1-də starta çıxacaq dünya çempionatının sonuncu seçmə mərhələ üzrə yarışlara tam heyətdə yollandığı bildirilib.

"Fransa çempionatında yarışan Yelena Şabofta , eləcə də İnnesa Qorxmaz yığma komandanın tərkibinə qatılıblar. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Ən azı qrup ikincisi olmaqla, Azərbaycan yığması özünə dünya çempionatının finalında iştirak etmək üçün vəsiqəni təmin edə biləcək",-deyə məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycan yığması ilk oyununu sabah - iyulun 1- də Bolqarıstan yığma komandasına qarşı keçirəcək. İyulun 2-də isə Faiq Qarayevin yetirmələri finala vəsiqə uğrunda Çexiya voleybolçularına qarşı qüvvələrini sınamalı olacaqlar. Ən nəhayət, sonuncu gün-iyulun 3-də Azərbaycan-Rusiya matçı keçiriləcəkdir.

Mütəxəssislər məhz bu iki komandanı qrupun favaritləri hesab edirlər.Belə ki, reytinq cədvəlində Azərbaycan yığması Çexiya və Bolqarıstan komandalarından irəlidədir. Digər tərəfdən isə bu yaxınlarda Yekaterinburqda Rusiyanın ilk prezidentinin şərəfinə keçirilmiş ənənəvi "Yeltsin" kuboku yarışlarında bakılı qızlar həm Bolqarıstan yığmasını, həm də Rusiya komandası üzərində qələbə çalıb. Keçirəcəyi 3 oyunda iki qələbə Azərbaycan yığmasına dünya çempionatının final mərhələsi oyunlarında iştirak etmək hüququ verəcək.

Xəbər lenti

Xəbər lenti