...

TƏHSİL NAZİRLİYİ 10 SAYLI TEXNİKİ-PEŞƏ MƏKTƏBİNİ HEYDƏR ƏLİYEV ADINA NEFT EMALI ZAVODUNUN BALANSINA VERİB

Cəmiyyət Materials 3 Avqust 2005 13:40 (UTC +04:00)

Yeni dərs ilindən etibarən Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşən 10 saylı texniki-peşə məktəbi Heydər Əliyev adına Neft Emalı Zavodununun balansına verilib. Trend in məlumatına görə, bu barədə avqustun 3-də təhsil naziri Misir Mərdanov zavodun rəhbərliyi ilə görüşündə bildirib.

Əsas məqsəd zavod üçün yüksək ixtisaslı işçi kadrlarının hazırlanmasını təmin etməkdir. Nazirin sözlərinə görə, bu məsələ ölkə prezidenti ilə razılaşdırılıb. Zavodun rəhbərliyi ilə əldə olunan razılığa görə, 1,5-2 ay ərzində məktəb əsaslı təmir olunacaq və müasir dərs ləvazimatları və avadanlıqlarla təchiz ediləcək. Zavodun rəhbərliyi məktəbin pedaqoji kadrlarını və tələbələri yüksək maaş və təqaüdlə təmin etməyi öhdəsinə götürür", - deyə zavodun direktoru Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, rəhbərlik həmçinin neft sənayesində işçilərə olan tələbatın ödənilməsini də təmin etmək niyyətindədir.

Nazirin qeyd etdiyi kimi, bu kimi addımlar gələcəkdə də atılacaq. Onun sözlərinə görə, dövlətin bu gün texniki-peşə məktəblərinin saxlanılmasına, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə külli-miqdarda vəsait ayırmaq imkanı yoxdur. Nazir bu günlərdə kənd təsərrüfatı və iqtsadi inkişaf nazirləri ilə danışıqlar apararaq onları işçi kadrların hazırlanmasında tələbatın mövcud olduğu sahələrin öyrənilməsində Nazirliyə kömək göstərməyə çağırıb. "Azərbaycanda yüksək ixtisaslı kadr çatışmazlığı məsələsi hələ də kəskin qalmaqdadır və ölkənin ali təhsilli kadrlardan daha çox onlara böyük ehtiyacı var", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti