...

QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİNDƏN NARAZI QALAN ABİTURİYENTLƏR AVQUSTUN 12-DƏN APELLYASİYA VERƏ BİLƏRLƏR

Cəmiyyət Materials 10 Avqust 2005 14:54 (UTC +04:00)

Ölkənin ali məktəblərinə daxil olmaq üçün keçirilən qəbul imtahanlarının nəticələrindən narazı olan abituriyentlər avqustun 12-dən apellyasiya verə bilərlər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, avqustun 12-dən 16-na kimi TQDK yanında təşkil olunmuş apellyasiya komissiyası fəaliyyət göstərəcək. Komissiya həmçinin regional informasiya mərkəzlərində də fəaliyyət göstərəcək.

TQDK-nin rəhbərliyi abituriyentlərdən və onların valideynlərindən şikayətlərin daxil olduğu bəzi nəzarətçilər və imtahan rəhbərlərinin fəaliyyətini araşdırmaq niyyətindədir. "Araşdırmaların nəticələri onlara qarşı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Təhsil Nazirliyinə göndəriləcək" - deyə Məleykə Abbaszadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti