...

ABŞ SƏFİRLİYİ 2006-2007-Cİ İLLƏR ÜÇÜN HAMFRI TƏQAÜD PROQRAMI ELAN EDİR

Cəmiyyət Materials 11 Avqust 2005 13:42 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi 2006-2007-ci illər üçün Hamfri təqaüd proqramı elan edib. Səfirlikdən Trend ə verilən məlumata görə, Hamfri ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və Azərbaycana, eləcə də digər ölkələrə orta təcrübəli peşəkarlara ABŞ-da bir illik təhsil və təcrübə keçmək imkanı verir.

Təqaüdlər dövlət və özəl sektorda işləyən namizədlərə müsabiqə əsasında verilir. Göndərişlər bunlardır: təbii ehtiyatlar və ətraf mühitin idarəçiliyi; ictimai idarəçiliiyn təhlili və idarəçiliyi; iqtisadi inkişaf; kənd təsərrüfatının inkişafı və iqtisadiyyatı; maliyyə və bank işləri; kadrların idarə olunması; şəhər və rayonlarda planlaşdırma; narkotik maddələrdən istifadənin epidemiologiyası, öyrənilməsi və müalicəsi; səhiyyə məsələləri və menecment; təhsil; hüquq və insan haqları; kommunikasiya və jurnalistika; kütləvi qırğın silahlarının yayılması sahəsində təhsil; ingilis dilinin xarici dil kimi tədrisi; QİÇS (HII/AIDS) təhlili və profilaktikası; insan alveri.

Anketləri ABŞ-ın Bakıdakı səfirliyinin internet ünvanından əldə etmək olar http://baku.usembassy.gov/pas/edumain.html . Ərizələr 2005-ci il sentyabrın 16-na kimi qəbul olunur.

Xəbər lenti

Xəbər lenti