...

MİNGƏÇEVİR ŞƏHƏRİNDƏ KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OULNMUŞ REGİONAL KONFRANS KEÇİRİLİB

Cəmiyyət Materials 23 Avqust 2005 15:06 (UTC +04:00)

Avqustun 23-də Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) ATƏT-in yerli icraçı tərəfdaşı qismində Mingəçevir şəhərində Korrupsiya ilə mübarizəyə həsr olunmuş regional konfrans keçirib. Bu barədə Trend ə Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev və Amerika Hüquqşünaslar Assosasiyasının Azərbaycan Nümayəndəliyinin Cinayət Hüququ Proqramının rəhbəri Marti Troy çıxış ediblər.

Hər iki natiq öz çıxışında ATƏT-in maarifləndirmə xarakteri daşıyan bu regional konfransları dəstəkləməsindən məmnunluqlarını və belə tədbirlərin gələcək üçün böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Tədbirdə Milli Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti Daimi Komissiyasının sədri, Dövlət Qulluğu İdarəetmə Şurası yanında Korrupsiya ilə mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynovun çıxışı dinlənilib.

Ə.Hüseynov çıxışını bütövlükdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu və Korrupsiyaya Qarşı Mübarizə Üzrə Dövlət Proqramına həsr edib.

Daha sonra söz Baş Prokurorun Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Analitik-İnfomasiya İdarəsinin prokuror əvəzi Mübariz Əhmədova verilib. M.Əhmədov "Azərbaycan Respublikası Baş Prokurorluğu Korrupsiya ilə mübarizə aparan ixtisaslaşmış orqan kimi" adlı məruzəylə çıxış edib.

Xəbər lenti

Xəbər lenti