...

İSPANİYADA ŞAHMAT ÜZRƏ KOMANDALARARASI ÇEMPİONAT DAVAM EDİR

Cəmiyyət Materials 2 Sentyabr 2005 11:28 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, İspaniyada keçirilən şahmat üzrə komandalararası çempionatın ikinci turunda nəticələr aşağıdakı kimidir:

Birinci turda T.Rəcəbov və Ş.Məmmədyarovun komandasını məğlub edən IALENCIA CRADLES CHESS komandası ikinci turda belçikalı M.Qureviç və sloveniyalı A.Belyavskinin oynadığı INSULAR BOX A komandası üzərində 4.5 hesabı ilə (1,5 xal) qələbə qazanıb.

A.Dreyev və B.Malaxovun (Rusiya) REIERTE ALBOX komandası K.Şaşikiran (Hindistan) və A.Qrafın (Almaniya) C.A. MARCOTE komandasına 3,5 hesabı ilə (2,5 xal) qalib gəlib.

Beləliklə, 2 turdan sonra IALENCIA CRADLES CHESS və REIERTE ALBOX mümkün iki xalla liderdir. T.Rəcəbovun komandası və C.A. MARCOTE bir görüşdən sonra, INSULAR BOX A komandası isə iki görüşdən sonra 0 xala malikdir.

Xatırladaq ki, EBARAJEDREZ komandası ikinci turda oynamayıb.

Xəbər lenti

Xəbər lenti