...

TEYMUR RƏCƏBOV VƏ ŞƏHRİYAR MƏMMƏDYAROVUN KOMANDASI YARIMFİNALDADIR!

Cəmiyyət Materials 5 Sentyabr 2005 11:40 (UTC +04:00)

Tərkibində şahmatçılarımız T.Rəcəbov və Ş.Məmmədyarovun çıxış etdikləri EBORAJEDREZ komandası klubun tarixində ilk dəfə olaraq birinci və ikinci lövhələrdə İspaniyada keçirilən komandalararası dünya çempionatının yarımfinalına çıxıb. Bu barədə Trend ə qrossmeyster T.Rəcəbov onunla telefon bağlantısında bildirib.

"Bu gün yarımqrupda iki qalib komanda, yəni bizim komanda və REIERTE Albox-Coast ALMERIA klubu Menorkidən sentyabrın 10-11-də çempionatın qalan matçları - iki yarmıfinal, üçüncü yer uğrunda matç və finalın keçiriləcəyi Toledoya yola düşür. Yarımfinalda bizi çox güclü rəqib - birinci lövhədə elitar qrossmeyter B.Gelfand (İsrail), ikinci lövhədə hollandiyalı qrossmeyster L.Van Veli, üçüncü lövhədə isə fransalı K.Bauerin oynadığı GROS XAKE TALDEA klubu ilə gərgin qarşılaşma gözlədiyinə baxmayaraq, komandamız uğurla çıxış edəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, EBORAJEDREZ 4-cü turda C.A. MARCOTE klubu ilə heç-heçə oynayıb (3.0:3.0), həlledici 5-ci turda isə 4.0:2.0 hesabla güclü REIERTE Albox-Coast ALMERIA komandasına qalib gəlib. T.Rəcəbov və Ş.Məmmədyarovun komandası qrossmeysterlər A.Dreyev və B.Malaxovun komandasını məğlub edərək özünü ikinci yerlə təmin edib və yarımfinala çıxıb.

Xəbər lenti

Xəbər lenti